Azərbaycan, Bakı, 28 avqust /Trend/
"Instagram" sosial şəbəkəsində kvadrat formalı fotoşəkillər və videoya əlavə olaraq 2 yeni format - portret və albom - yaradılıb. Trend bu barədə şirkətin rəsmi bloquna istinadən məlumat verir.
Yerləşdirilən kadrlar oxşar olsun deyə "Instagram"ın profilində əvvəlki kimi kvadrat şəklində əks olunacaq. Ancaq istifadəçilərin xəbər lentində şəkillər və videolar yükləndiyi formatda görünəcək.