...

Stalinin amerikalı nəvəsi (FOTO)

Maraqlı Materials 17 Mart 2016 21:27 (UTC +04:00)
Rusiya sosial şəbəkələrində sabiq SSRİ-nin lideri İosif Stalinin ABŞ-da yaşayan nəvəsi ehtimal olunan Olqa adlı qadının fotosessiyası hamını təəccübləndirib.
Stalinin amerikalı nəvəsi (FOTO)

Bakı. Elçin Hüseynov - Trend:

Rusiya sosial şəbəkələrində sabiq SSRİ-nin lideri İosif Stalinin ABŞ-da yaşayan nəvəsi ehtimal olunan Olqa adlı qadının fotosessiyası hamını təəccübləndirib.

Trend "Moskovskiy komsomolets" qəzetinə istinadən xəbər verir ki, Olqa şəkillərdə cırıq kolqotqa, qəribə geyim və saç düzümü ilə, tatularla əks olunub.

Şəkillərin birinin altında bu sözlər yazılıb: "Kris Evas, Stalinin doğma nəvəsi, Portlenddən (ABŞ) olan Svetlana Alliluevanın qızı". Qəzet yazır ki, Olqa 1973-cü ildə ABŞ-da doğulub. Anası Svetlana Stalinin doğma qızıdır, atası isə amerikalı arxitektor Vilyam Pitersdir. Sonradan Olqa həm adını, həm də familiyasını dəyişdirərək Kris (Kristina) Evans olub.

K.Evans adlı qohumunun ABŞ-da yaşadığını Stalinin kötükcəsi, gürcüstanlı rəssam və ictimai xadım Yakov Yevgenyeviç Cuqaşvili təsdiqləyib.

K.Evans "Qovorit Moskva" ("Danışır Moskva") radiostansiyasına müsahibəsində deyib ki, şəkillər tematik fotosessiya çərçivəsində çəkilib. Forosessiyada Kris ingiltərəli "Tank Girl" ("Tankçı qız") komiksinin personajı qismində çıxış edir.

Xəbər lenti

Xəbər lenti