...

Qədim Tehran bazarından yeni fotosessiya (FOTO)

Maraqlı Materials 30 Mart 2016 12:10 (UTC +04:00)
Köhnə Tehran bazarı İran paytaxtının həm ən böyük ticarət məkrəzi, həm də ölkənin özlüyündə tarixi və etno-mədəni diqqətəlayiq yeridir.
Qədim Tehran bazarından yeni fotosessiya (FOTO)

Bakı. Elçin Hüseynov - Trend:

Köhnə Tehran bazarı İran paytaxtının həm ən böyük ticarət məkrəzi, həm də ölkənin özlüyündə tarixi və etno-mədəni diqqətəlayiq yeridir. Bura həmçinin dünyanın ən böyük qapalı bazarlarından sayılır.

Bazar eyni adlı rayonda 12-ci şəhər dairəsində, 3 km² ərazidə yerləşir. Onun keçidlərinin ümumi uzunluğu 10 km-dən çoxdur. Mahiyyətinə görə bazar Tehranın tarixi mərkəzidir. Tehranda yeni mağazaların və ticarət mərkəzlərinin yaranmasına baxmayaraq, bazar yenə də özünə şəhər əhalisini və ziyarətçiləri cəlb edir.

Azərbaycanlıların çoxu indiyə kimi hesab edir ki, burada qiymətlər çox ucuzdur. Tehranın bəzi dükanlarına görə qiymətlər daha aşağıdır, amma ucuz saymaq olmaz. Novruz bayramında hər ailənin masalarında olan bəzi nemətlərin qiymətlərinə müraciət edək.

Orta hesabla İran çərəzlərinin qiymətləri 35-40 tüməndən (17-20 manat) başlayır. Məsələn, 1 kiloqram duzlu qabıqlı fındıq və badamı 20 manata almaq olar, qabıqsız isə 25-30 manata. Fıstığın kiloqramının qiyməti 20 manatdan başlayır, qaysı qurusunun kiloqramının ən ucuzu 20 manatdır. Emal edilmiş qarpız, yemiş, günəbaxan və balqabaq tumlarının kiloqramı 15-17 manata satılır.

Məşhəd zəfəranının 4,6 qramı 35-38 tümənə, yani 17-19 manata satılır. Bazarın ən ucuz yeməkxanasında kababla (ət va toyuq) plovun qiyməti 8-10 manat, dönərin isə qiyməti - 6 manatdır. Almanın kiloqramı orta hesabla 1,5-2 manata, portağalın isə kiloqramı 1-2 manata təqdim olunur.

(Fotolar Elçin Hüseynova məxsusdur)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti