...

İİV-ə yoluxmuş şəxsin ömrü uzanar, əgər...

Maraqlı Materials 4 Noyabr 2016 08:02 (UTC +04:00)
Siqaret çəkmək insanın immun çatışmazlığı virusu-na (İİV) yoluxmuş şəxslərin ömrünü virusun özündən daha çox azaldır.
İİV-ə yoluxmuş şəxsin ömrü uzanar, əgər...

Bakı. Trend:

Siqaret çəkmək insanın immun çatışmazlığı virusu-na (İİV) yoluxmuş şəxslərin ömrünü virusun özündən daha çox azaldır.

Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bununla bağlı bir qrup ABŞ aliminin yüzlərlə xəstənin üzərində apardığı tədqiqatların nəticəsi “Journal of Infectious Diseases” bülletenində yer alıb.

Alimlərdən birinin sözlərinə görə, İİV-ə yoluxmuş şəxs çox sayda siqaret çəkərsə, onun məhz tütün asılılığından həyatını itirməsi ehtimalı daha yüksəkdir. Bununla belə, araşdırmalar zamanı o da məlum olub ki, xəstəlik müddətində siqaretin tərgidilməsi virusa yoluxmuş xəstənin ömrünü uzada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti