...

Azərbaycan "ağıllı robot" yaratdı

Maraqlı Materials 9 Oktyabr 2018 11:53 (UTC +04:00)
Azərbaycan robot texnologiyasının rahatlığından istifadə edəcək
Azərbaycan "ağıllı robot" yaratdı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Uzun illərdir dünyanın müxtəlif ölkələrində robotların insanların gündəlik həyatını necə sadələşdirdiyini görmüşük. Nəhayət ki, Azərbaycan da robot texnologiyasının rahatlığından istifadə edəcək.

Trend-in məlumatına görə, iki ay ərzində BNB Dynamics "ağıllı robot" yaradıb. Yerli robotun adı "Bibot"dur.

Bir neçə dildə proqramlaşdırılan "Bibot" müxtəlif suallara cavab verə bilir. "Bibot"un əsas funksiyaları içərisində turistlərə və yerli əhaliyə xidmət dayanır. Robot lazım olduqda təcili yardım, yanğınsöndürən və polis çağırmağa da proqramlaşdırılıb. "Bibot" hər hansı bir AVM-də istifadə edilə bilər.

Gələcəkdə bu robotların sürətli prototiplərini inkişafı düşünülür. Onlar müxtəlif sənaye aspektlərində insanları əvəz edə biləcək.

Qeyd edək ki, BNB Dynamics şirkəti 2018-ci ildə Bakıda yaradılıb. Şirkətin əsas istiqaməti robot texnologiyası, sənaye dizaynı, proqram təminatı, süni intellektin hazırlanmasıdır.

Hazırda şirkət tam robot-humanoid surəti yaratmaq üçün layihə üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti