Bakı. Trend:
Avqustun 5-də Samsung Electronics şirkəti «Unpacked» mərasimi çərçivəsində beş yeni cihaz təqdim etmişdir. Təqdimat ilk dəfə olaraq virtual formatda keçirilmişdir və tədbirin əsas yaddaqalan xüsusiyyətlərindən biri, atlas toxumalı premial çaların - korporativ bürünc rəngin təqdim edilməsi idi. Yeni rəng bütün cihazlarda təmsil olunmuşdur, buna misal olaraq Galaxy Note20 və Galaxy Note20 Ultra smartfonlarını, Tab S7 və S7 + planşetlərini, Galaxy Watch3 ağıllı saatını, Galaxy Buds Live simsiz qulaqcıqlarını və yeni nəsil Galaxy Z Fold2 “qatlanan” ekranlı smartfonu qeyd etmək olar.
2020-ci ildə, iş və şəxsi həyatımız arasında olan sərhəd inanılmaz dərəcədə incəldiyindən, bu iki anlayışın biri birindən aydın şəkildə ayrılmasının vacibliyini gündəmə gəldi. Bu səbəbdən, Samsung istehsalı olan bütün yeni cihazlar işimizin yaşamımızın ayrılmaz bir hissəsi olduğunu bildirərək, həyatımızın yalnız işdən ibarət olmadığını vurğulamaq üçün yaradılıb. Təqdim olunan bütün cihazlarla iş həyatınızı rahat tənzimləməklə yanaşı, həm də asudə vaxtınızı və istirahətinizi təşkil edə bilərsiniz.
Beləliklə, təqdim olunan Galaxy Note20 və Galaxy Note20 Ultra yalnız təkmilləşdirilmiş S Pen stilusuna deyil, həm də video format və oyunlardan daha yaxşı istifadə etmək üçün müvafiq olaraq 60 Hz və 120 Hz yenilənmə tezliyinə malik olan geniş ekranla da təchiz edilmişdirlər. Belə ki, bu il elektron qələmin komandalarının cavablandırması yaxşılaşdırılaraq: Galaxy Note20-də - 40%, Note20 Ultra-da - 80% sürətləndirilmişdir. İndi S Pen sensor səthinə toxunmaya (köhnə modellərdə 40 ms qarşı 9 ms) daha sürətli reaksiya verərək, daha çox jest ilə ifadə edilən əmirləri icra etməyə imkan yaradır. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu il Galaxy Note ailəsini təmsil edən modellər bir-birindən əsaslı şəkildə fərqlənir. Belə ki, Note20 Ultra, məhsul xəttinin “kiçik” modelində istifadə edilmiş 6,7” ekranla ilə müqayisədə 6.9” ekrana sahiblənərək, HDR10 keyfiyyətini dəstəkstəkləyən 3088 x 1440 piksel icazəli displey ilə təchiz olunmuşdur. Həmçinin, burada smartfonun əsas kamerası 108 MP (f / 1.8), optik sabitləşdirməli + 12 MP ultra geniş bucaqlı + 12 MP telefoto (f / 3.0) obyektivlərindən ibarətdir. Eyni zamanda model 5qat optik zoom-a malikdir və 8K çəkilişini dəstəkləyir. Galaxy Note20 də, Galaxy Note20 Ultra-da olduğu kimi yüksək icazəli çəkiliş təklif edir, lakin optik zoom-u dəstəkləməyən cihaz, 64MP tele obyektiv və 12MP əsas kameraya sahibdir, smartfonun ekranı isə Full HD + icazəlidir. Burada həm də smatfonların istehsal olunduğu materialda fərqlidir, belə ki, Note20 Ultra korpusunun arxa hissəsi davamlı şüşədən, Note20 isə polikarbonatdan hazırlanıb.
Yuxarıda göstərilən Note20 seriyasından əlavə, tədbirdə kompüter funksionallığını, planşet portativliyini və smartfon xüsusiyyətlərini özündə birləşdirən iki universal planşet - Galaxy Tab S7 və Tab S7 + də təqdim edilmişdi. Xüsusiyyət baxımından eyni olan modellər, fərqli ekranlara sahibdirlər. Kiçik model, 2560 x 1600 piksel icazəli 11” IPS-matrisası, böyük isə 2800 x 1752 piksel icazəli 12.4” AMOLED displey ilə təchiz olunmuşdur. Hər iki planşet ekranının yenilənmə tezliyi 120 Hz təşkil edir. Həmçinin, cihazlar eyni anda birdən çox pəncərədən istifadəni dəstəkləyir ki, burada müxtəlif tətbiqlərdən ibarət 3 iş pəncərəsini ekranda göstərmək imkanı vardır.
Qeyd edək ki, burada hər iki halda Snapdragon 865 Plus prosessoru istifadə edib. Bundan əlavə, Tab S7 və Tab S7 + müvafiq olaraq 6 və ya 8 GB RAM və 128-512 GB daxili yaddaşla ilə təchiz edilmişdir. Həmçinin planşetlər yaddaş kartı yuvası ilə təchiz edilmişdirlər, belə ki, cihazlar 1 TB qədər əlavə yaddaşın tətbiq edilməsini dəstəkləyir. AKG dinamikləri quraşdırılmış planşetlər, əsas kameranın altında yerləşən ensiz maqnit zolaq üzərində səliqəli şəkildə saxlanan S Pen stilusu ilə də təchiz edilmişdirlər. Həmçinin, burada əsas kameranın sensorlarının icazəsi Tab S7 üçün 5 PM, Tab S7 + üçün isə 13 MP təşkil edir, ön kamera 8 MP-lik obyektivdən ibarətdir, planşetlər müvafiq olaraq 8000 mAh və 10,090 mAh tutumlu batareya ilə də təchiz edilmişdirlər. Planşetin fərdi kompüter əvəzi olaraq daha rahat istifadəsi üçün xüsusi çexol-klaviaturanı da əldə etmək mümkündür.
Tədbir çərçivəsində həm də Galaxy Watch3 təqdim edilmişdir. Yeni nəsil cihaz gündəlik tapşırıqları həll etmək üçün əla köməkçi, fiziki fəaliyyətin müşahidəçisi və sahibinin vacib sağlamlıq parametrlərinin təqibçisidir. “Ağıllı” saat iki versiyada mövcuddur: 1,2” displey, 41 mm diametrli və 247 mAh batareyaya sahib və 45 mm-lik, 1,4” ekran və 340 mAh batareya ilə təchiz olunmuşdur. Hər iki versiyada 360 × 360 piksel icazəli Super AMOLED displey quraşdırılmışdır. Həmişə olduğu kimi, bu dəfə də dizaynın fərqləndirici xüsusiyyəti kimi, vidjetlər, tətbiqlər və bildirişlər arasında tez bir zamanda keçid almağa imkan yaradan fırlanan bezeli qeyd etmək olar. Sözü gedən saatı jestlərlə də idarə etmək mümkündür, buna misal olaraq, gələn zənglərə cavab vermək üçün əlinizi yumruq şəklində bağlayın və ya zəngli saatı söndürmək üçün əlinizi yelləyin. Həmçinin, Samsung Galaxy Watch 3 qanda oksigen səviyyəsini və qan təzyiqini ölçə, EKQ göstəricilərini toplaya, yuxu keyfiyyətini və stress səviyyəsini izləyə bilir. Saat hətta sahibi ilə gözlənilməz bir qəzanın baş verdiyində bu halı təyin edə və bu barədə seçilmiş əlaqələrə bildiriş göndərə bilir. Əlavə olaraq, sağlam həyat tərzi sevənlər və idmanla məşğul olanlar üçün burada 120-dən çox təlim proqramı təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki, tədbirdə təqdim edilən Samsung Galaxy Buds Live yuxarıda göstərilən cihazların hamısı üçün ideal bir əlavədir. Simsiz qulaqcıqlar, bir necə cəlbedici xüsusiyyətə malikdir, ilk növbədə bu maraqlı forma və cihazın rəngini tamamilə təkrarlayan kiçik zinət əşyası qutusunu xatırladan qeyri-adi saxlama qabıdır.
Qulaqcıqların lobyaya bənzər forması uzun illər davam edən araşdırmaların bəhrəsidir və insan qulağının anatomik formasını təqlid edir. Sözü gedən bu forma qulaqcıqlardan gün boyunca heç bir narahatlıq olmadan istifadə etməyə imkan yaradır. Şirkət, dərin və zəngin səs üçün cihazı böyük ölçülü 12mm dinamik və bas kanalı ilə təchiz etmək üçün AKG səs mütəxəssislərinin təcrübəsini və texnoloji yeniliklikləri birləşdirib. Üç mikrofondan (2 xarici və 1 daxili) ibarət adaptiv sistem və quraşdırılmış sümük keçirmə vibrasiya sensoru hətta səs-küylü yerlərdə belə danışıq və ya audio qeyd zamanı inanılmaz dərəcədə aydın səs ötürülməsini təmin edir. Galaxy Buds Live-in işləmə vaxtı (səs boğucu aktiv olduğu alda) 6 saat, saxlama keysinin istifadə etdikdə isə əlavə olaraq 21 saat təşkil edir.
Eyni zamanda tədbirdə Samsung, qatlana bilən Galaxy Z Fold smartfonunun da yeni bir versiyasını təqdim etdi. Smartfon, incə haşiyəyə alınan iki hədsiz İnfinity-O ekranı ilə təchiz olunmuşdur. Açıq şəkildə, əsas displeyin diaqonalı 7,6”, xaricinin isə 6,2”, həmçinin ikinci ekran ön paneli bütün sahəsini tutaraq, tərəf nisbəti 21: 9 təşkil edir. Həmçinin, istehsalçı smartfonunn şarnir mexanizmini tamamilə yeniləmişdir. Bu dəyişik sayəsində indi cihaz daha axarı qatlanaraq, ekranı 90 və 115 dərəcə bucaqda fiksasiya etməyə imkan yaradır.