...

Məşhur futbolçu və sevgilisi evlərində hücuma məruz qaldı

Maraqlı Materials 21 İyul 2023 18:31 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Paris Sen-Jermen" futbol klubunun və İtaliya millisinin qapıçısı Canluici Donnarumma və sevgilisi Alessia Elefante Parisdəki evlərində hücuma məruz qalıb və qarət olunublar.

Trend xəbər verir ki, bu barədə polis Fransa mediasına məlumat verib.

Məlumata görə, bir neçə şəxs cütlüyün Parisin mərkəzində yerləşən mənzilinə basqın edərək onların əl-qolunu bağlayıb və mənzildən ümumi dəyəri 500 min avro olaraq qiymətləndirilən qızıl-zinət əşyaları, saat və dəri məmulatları oğurlayıblar.

Cütlük yaxınlıqdakı otelə qaçıb və otel heyətinin köməyilə xəstəxanaya aparılıb. Futbolçu yüngül xəsarət alsa da, sevgilisi xəsarət almayıb.

Xəbər lenti

Xəbər lenti