...

2023-cü ilin iyulu dünya tarixində ən isti ay olacaq - BMT

Maraqlı Materials 27 İyul 2023 19:50 (UTC +04:00)
2023-cü ilin iyulu dünya tarixində ən isti ay olacaq - BMT

Bakı. Trend:

2023-cü ilin iyulu bütün müşahidələr tarixində ən isti ay olacaq və fəlakətdən qaçmaq üçün iqlim dəyişikliyinə qarşı təcili tədbirlər görülməlidir.

Trend xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş mətbuat konfransında deyib.

“Bu gün Dünya Meteorologiya Xidməti və Avropanın Copernicus təşkilatı 2023-cü ilin iyulunun dünya tarixində ən isti ay olacağını təsdiqləyən rəsmi məlumat yayıb”,- deyə Quterreş bildirib.

Onun sözlərinə görə, bu ilin iyul ayında meteoroloqlar temperaturların rekord həddə çatdığı üç ən isti həftə müşahidə edib, eyni zamanda, okean suyunun ən yüksək temperaturunu qeydə alıblar. Şimali Amerika, Asiya, Afrika və Avropanın böyük hissəsi üçün bu, amansız yaydır, planet üçün fəlakətdir.

Antonio Quterreş, həmçinin, qeyd edib ki, “qlobal istiləşmə dövrü başa çatıb, qlobal qaynama dövrü gəlib”. O, dünya liderlərini daha faciəli nəticələrin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təcili tədbirlər görməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti