...

"Mançester Yunayted" Kastello Lyukebanı transfer etmək istəyir

Maraqlı Materials 13 Fevral 2025 04:42 (UTC +04:00)
"Mançester Yunayted" Kastello Lyukebanı transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Leypziq"in müdafiəçisi Kastello Lyukeba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Mançester Yunayted" fransalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

İngiltərə nəhəngi 23 yaşlı müdafiəçini yayda transfer etməyi planlaşdırır. Lyukebanın sərbəstqalma məbləği 75 milyon avrodur və "Mançester Yunayted" bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Leypziq" Lyukebanı 2023-cü ilin avqustunda "Lion"dan transfer edib. Fransa U-23 millisinin üzvü bu mövsüm Bundesliqada 18 rəsmi matçda meydana çıxıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Xəbər lenti

Xəbər lenti