...

ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2007 15:17 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynov/ ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 14-də Dağlıq Qarabağ münaqişəsi regionuna səfəri başlanacaq. Səfər 5 gün davam edəcək və sentyabrın 19-da başa çatacaq, bu barədə telefonla Moskvadan Rusiya XİN-in Dağlıq Qarabağ üzrə qrupundan verilən məlumatada deyilir.

Vasitəçilər səfərə İrəvandan başlayacaqlar. Sentyabrın 16-da diplomatlar Dağlıq Qarabağa səfər etməyi planlaşdırırlar. Rusiya XİN-in Dağlıq Qarabağ üzrə qrupundan verilən məlumata görə, səfər hava şəraiti imkan verdiyi təqdirdə baş tutacaq. Bakıda isə danışıqların sentyabrın 18-də keçirilməsi planlaşdırılır.

Azərbaycanın diplomatik mənbələrindən verilən məlumatlara əsasən, səfər zamanı missiyanın tərkibinə Minsk qrupunun bütün həmsədrləri, həmçinin ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik daxil olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabaq ərazisi və ona btişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Danışıqlar zamanı həmsədrlər tərəflərlə yazın sonlarında münaqişənin sülh yolu ilə həlli ilə bağlı təqdim olunmuş sənəd layihəsini müzakirə etmək niyyətindədirlər. Bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, Ermənistanın danışıqlar masasına təqdim olunan sənədlə bağlı razılığa gəlməsi danışıq prosesində böyük inkişafa səbəb ola bilər.

Ermənistanın xarici işlər idarəsinin rəhbəri Vardan Oskanyan əvvəllər müzakirə olunan sənədi ədaləti adlanldırıb. "Bu sənəd bütün vacib olan komponentləri əks etdirir" - deyə nazir bildirib. Ermənistan XİN-in rəhbəri bəyan edib ki, bu təkliflər paketi problemi həll etməyə imkan verir. "Bu balanslaşdırılmış sənəddir və biz danışıqları bu əsasda davam etdirməyə hazırıq" - deyə Oskanyan bildirib.

Azərbaycanın xarici işlər naziri bəyan edib ki, Ermənistan tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Pererburqda keçirlən görüşündən əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin irəli sürdüyü təkliflərlə razılaşmayıb. "Lakin Ermənistanın xarici işlər naziri müzakirə olunan sənədlə razı olduğunu bəyan edirsə, bu o deməkdir ki, Ermənistan mövqeyini dəyişib" - deyə Məmmədyarov bildirib.

Xəbər lenti

Xəbər lenti