...

AŞPA-nın Komitə sədri: "Cənubi Qafqazda mövcud olan münaqişələrin hümanitar tərəfi dondurula bilməz"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2007 18:18 (UTC +04:00)
AŞPA-nın Komitə sədri: "Cənubi Qafqazda mövcud olan münaqişələrin hümanitar tərəfi dondurula bilməz"

Almaniya, Berlin / Trend , müxbir A.Məhərrəmli, İ.Əlizadə/ Cənubi Qafqazda mövcud olan münaqişələrin hümanitar tərəfi dondurula bilməz və həll olunmalıdır. "Humanitar məsələnin həlli üçün münaqişənin siyasi həllini gözləmək lazım deyil", -deyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi və Almaniyanın Beynəlxalq və Təhlükəsizlik məsələləri İnstitutunun təşkilatçılığı ilə, bazar ertəsi Berlində dondurulmuş münaqişələrin həllinə həsr olunmuş konfransda AŞPA-nın Qaçqınlar və Miqrasiya Komitəsinin yeni sədri, Türkiyənin qurumdakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinə dair Qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub. AŞPA Qətnamənin icrasına nəzarət etmək üçün, Böyük Britaniyalı deputat lord Rassel Constonun rəhbərliyi altında, Alt Komitə yaradıb.

Komitə sədri qeyd edib ki, dondurulmuş münaqişələrdən danışarkən qaçqın, məcburi köçkünlər və münaqişə nəticəsində itkin düşmüş insanları yaddan çıxarmaq olmaz: "Cənubi Qafqaz bölgəsində mövcud olan münaqişələr nəticəsində 4000 insan itkin düşüb. Dağlıq Qarabağ münaqişəsi nəticəsində, 1 milyon azərbaycanlı qaçqın vəziyyətinə düşüb. Bu münaqişələr həll olunmalıdır. Bu, humanitar bir məsələdir".

Xəbər lenti

Xəbər lenti