...

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Madriddə görüşməyi planlaşdırmırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2007 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva /Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan ATƏT-in xarici işlər nazirləri şurasının Madriddə keçiriləcək 15-ci iclası çərçivəsində görüşməyi planlaşdırmırlar. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

ATƏT-in xarici işlər nazirləri şurasının iclası noyabrın 29-30-da İspaniyanın paytaxtında keçiriləcək. İbrahimin məlumatına görə, Azərbaycanın XİN rəhbəri Madriddə ATƏT-in baş katibi, Finlandiya və Çexiyanın xarici işlər naziri, ABŞ dövlət katibinin köməkçisi və GUAM-ın baş katib ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Nazirin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti