...

Qarabağ ermənilərinin Azərbaycandan ayrı öz müqəddəratlarını təyin etməsi müzakirə mövzusu deyil – nazir müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2007 16:48 (UTC +04:00)
Qarabağ ermənilərinin Azərbaycandan ayrı öz müqəddəratlarını təyin etməsi müzakirə mövzusu deyil – nazir müavini

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Rəsmi Bakı Ermənistan tərəfinin Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Azərbaycan və Ermənistan arasında danışıqların əsasını bu regionda yaşayan ermənilərin Azərbaycan dövlətindən ayrı öz müqəddəratlarını təyin etmək hüquqlarının təşkil etməsinə dair bəyanatını təkzib edib.

"Ermənistan tərəfi ATƏT ölkələri nazirlərinin iclasından sonra keçirilən görüşə birtərəfli yanaşır və öz rəylərinin həqiqətə uyğun olduğunu dünya ictimaiyyətinə təqdim etmək istəyir" - deyə cümə günü brifinqdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Diplomat qeyd edib ki, bu yanaşma Ermənistan tərəfinə heç nə verməyəcək. "Birincisi, hələ ki, heç bir razılaşma əldə olunmayıb və əsas prinsiplərin müzakirəsi davam etdiriləcək. İkincisi, bu müzakirələrin ardı, Azərbaycan tərəfinin dəfələrlə bəyan etdiyi kimi, beynəlxalq hüquq normaları və prinsipləri əsasında dəvam etdiriləcək" - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Yerevanda qeyd olunduğu kimi, Ermənistanla müharibə deyil, öz ərazi bütövlüyünü bərpa etmək yollarını axtarır.

"Ərazi bütövlüyü həmişə Azərbaycanın prinsipial mövqeyi olub , olacaq və heç bir başqa istiqamət mümkün deyil və olmayacaq da" - deyə o qeyd edib.

Nazir müavini bildirib ki, hətta millətlərin öz müqəddəratlarını təyin etməsinə dair prinsiplərin reallaşdırılması belə, ölkənin bölünməsinə gətirib çıxarmamalıdır və həmişə ərazi bütövlüyü çərçivəsində reallaşdırılmalıdır.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti