...

Azərbaycanın siyasi partiyaları Minsk qrupu həmsədrlərini ikili standartlara son qoymağa çağırırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2008 12:40 (UTC +04:00)
Azərbaycanın siyasi partiyaları Minsk qrupu həmsədrlərini ikili standartlara son qoymağa çağırırlar

Azərbaycan, Bakı, 19 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ATƏT-in Minsk qrupu həmsədrlərini ikili standartlara son qoymağa və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etməyə, düşünülməmiş addımlar atmamağa çağırırlar. "Azərbaycanın siyasi partiyaları ATƏT-in Minsk qrupu həmsədrlərinin BMT Baş Məclisində "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında" Qətnamə ilə bağlı səsvermədə tutduqları mövqeyini qəti şəkildə pisləyir" - deyə çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən konfransda siyasi partiyaların qəbul etdiyi bəyanatda bildirilib.

BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət Haqqında" Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi Qətnamə layihəsi qəbul edilib. Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə Ermənistanla Azərbaycan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunda həmsədr ölkələrin hər üçünun - ABŞ, Rusiya və Fransanın nümayəndələri bu Qətnamənin əleyhinə - dolayısıyla Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs veriblər.

Hakim partiyanın bəyanatında qeyd olunub ki, Azərbaycan xalqı Minsk qrupu çərçivəçsində aparılan danışıqların müsbət nəticə verəcəyinə, Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad ediləcəyinə ümidlər bəsləyirdi: "ATƏT-in müxtəlif vaxtlarda keçirilmiş zirvə görüşlərində münaqişənin ədalətli həllinə dair müəyyən sənədlər qəbul olunsa da, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində razılığa nail olunmayıb".

Bəyanatda qeyd olunub ki, ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq vasitəçilərin əsas vəzifəsi münaqişənin beynəlxalq hüquqi norma və prinsiplər əsasında sülh yolu ilə hllinə nail olmaqdır: "Təəssüf ki, bəzi hallarda ATƏT-in Minsk qrupu həmsədrləri bu istiqamətdə kifayət qədər ardıcıllıq nümayiş etdirmirlər. Həmsədrlərin münaqişənin mahiyyətini təhrif edən açıqlamaları istər-istəməz sülh prosesinin gedişinə mənfi təsir göstərir və işğalçı ölkəni bir növ şirnikləndirir".

Bəyanatda vurğulanıb ki, həmsədr ölkələrin BMT Baş Məclisində Azərbaycanın təqdim etdiyi sənədin əleyhinə səs verməsi, Azərbaycanda böyük narazılıq yaradıb. Belə davranışla həmsədrlər öz fəaliyyətlərinin obyektivliyini ciddi şübhə altına alıblar və dövlətlərin dinc yanaşı yaşamaq hüququ və ərazi bütövlüyü prinsipini açıq şəkildə pozan təcavüzkar Ermənistanla həmrəylik nümayiş etdiriblər.

Xəbər lenti

Xəbər lenti