...

Rəsmi Bakı Ermənistanın yeni XİN başçısının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konstruktiv mövqe tutacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2008 17:11 (UTC +04:00)
Rəsmi Bakı Ermənistanın yeni XİN başçısının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konstruktiv mövqe tutacağına ümid edir

Azərbaycan, Bakı,14 aprel / Trend , müxbir K.Ramazanova/ Rəsmi Bakı Ermənistanın yeni XİN başçısının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konstruktiv mövqe tutacağına ümid edir. Bu barədə bazar ertəsi Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim məlumat verib.

" İnanmaq istrədim ki, Ermənistanın yeni XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konstruktiv mövqe tutacaq və bu mövqe beynəlxalq hüquqlara əsaslanacaq" - deyə o, bildirib.

Ermənistanın sabiq XİN rəhbəri, son 10 il ərzində bu vəzifəni tutmuş Vardan Oskanyan yeni Ermənistanın hökumətində öz vəzifəsini saxlamayacaq.

İbrahimin sözlərinə görə, Ermənistanın məhz qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ləngidir.

"Ermənistan tərəfi başa düşməlidir ki, əgər onların mövqeyi dəyişməsə, uduzan tərəf Ermənistanın özü və maraqları olacaq"-deyə İbrahim bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti