...

Vaşinqton Azərbaycan və Ermənistan prezidentlərinin sülh prosesinin canlanması üzrə öhdəliklərini alqışlayır – amerikalı diplomat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2008 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir A.Qasımova/ Vaşinqton Azərbaycan və Ermənistan prezidentlərinin - İlham Əliyev və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun sülh prosesinin canlandırması üzrə öhdəliklərini alqışlayır.

"ABŞ Əliyev və Sərkisyanın Minsk Qrupu prosesinin canlandırılması üzrə öhdəliklərini alqışlayır", - ABŞ Dövlət Katibi müavininin köməkçisi Metyu Brayza çərşənbə axşamı Trend -a bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun (MQ) həmsədri olan Brayza bildirib ki, Vaşinqtonda Ermənistan XİN rəhbəri Edvard Nalbadyanla görüş keçirmək və danışıqların vəziyyətini müzakirə etmək niyyətinədir. ATƏT MQ -nin həmsərdləri yaxın həftələrdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşmək niyyətindədirlər.

"Mən nazirlərdən baza sazişində həll edilməmiş olan məsələlərlə bağlı rəy almağa ümid edirəm. Bundan əlavə, prezidentlər Əliyev və Sərkisyan iyunun 6 -da Sankt Peterburqda keçirilən görüşləri zamanı həmsədrlərdən bu barədə soruşublar", - Brayza bildirib.

Diplomat bildirib ki, bazar ertəsi Ermənistan XİN rəhbəri Nalbandyan ABŞ Dövlət Katibi Kondoliza Raysla konstruktiv görüş keçirib. Dövlət Katibi görüşdə Madrid sazişində öz əksini tapmış əsas prinsiplərə münasibətdə mövcud fikir ayrılıqlarını aradan qaldırmaqda Ermənistan və Azərbaycana yardım etmək üçün ATƏT Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləməyə hazır olduğunu bildirib,- Brayza söyləyib.

Ötən ilin noybarında ATƏT-in MQ Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni baxışlarını təqdim ediblər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

İlham Əliyev və Serj Sərkisyanın birinci görüşü (Ermənistan prezidenti qismində) iyunun 6 -da Sankt Peterburqda, MDB -nin qeyri-formal sammiti çərçivəsində olub.

Xəbər lenti

Xəbər lenti