...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2008 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 3-də saat 08.20-dən 08.25-dək və 22.30-dan 23.00-dək Ermənistan Respublikası İcevan və Berd rayonlarının Azatamut, Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, sentyabrın 3-də saat 20.20-dən 20.40-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 00.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 4-də saat 00.25-dən 00.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 00.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.15-dən 01.30-dək Tərtər rayonunun Seysulam kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.30-dan 06.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxılığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti