Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 6-da saat 23.00-dan 23.30-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağbulaq kəndi ərazisində yerləşən mövqelərini, saat 08.45-dən 09.00-dək və noyabrın 7-də saat 02.05-dən 02.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 15.05-dən 15.15-dək və 20.20-dən 20.25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.10-dan 17.35-dək, 20.00-dan 20.20-dək və 23.35-dən 23.45-dək Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.10-dən 20.15-dək, 23.00-dan 23.10-dək və noyabrın 7-də saat 02.45-dən 03.00-dək Ağdam rayonunun Yusifcanlı və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 20.50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.