...

ATƏT təmas xəttində monitorinq keçirməyi planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend , E.Hüseynli/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 25-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrci Aberle və Vladimir Çountulov keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti