Finlandiya, Helsinki, 04 dekabr/ Trend , müxbir İ.Qusatinskaya/ "ATƏT-in xarici siyasət idarələrinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi bəyannamə qəbul edəcəklər", - ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye cümə axşamı Helsinkidə Trend -a bildirib.
Dekabrın 4-də Helsinkidə ATƏT XİN rəhbərlərinin iclası başlayıb. İclasda mövzulardan biri münaqişələrin nizamlanması yollarının müzakirəsidir.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
"Gələn il ATƏT-in hazırkı sədrinin səlahiyyətləri Yunanıstana keçəcək və çox şey Afinanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə necə qoşulmasından asılı olacaq", - Talvitiye bəyan edib.
"Münaqişənin nizamlanması prosesində sonuncu irəliləyişlər onun həlli üçün yaxşı baza yaradır", - ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi hesab edir. Talvitiye, Azərbaycan və Ermənistan prezidentlərinin iyunda Sankt-Peterburqda, noyabrda Moskvada keçirilən görüşlərini münaqişənin həllində vacib addımlar kimi qiymətləndirib.
Azərbaycan və Ermənistanın xarici siyasət rəhbərlərinin sonuncu görüşü noyabrın əvvəlində İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyanın Moskvada keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub. Görüşün yekunları üzrə prezidentlərin Moskva bəyannaməsi imzalanıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]