...

Azərbaycanın Misirdəki səfirliyi ermənilərin ittihamlarını təkzib edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2009 12:54 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyi ermənilərin ittihamlarını təkzib edir

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Alman yazıçı-publisisti Yohannes Raunun (Johannes Raun) Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı kitab bütün reallıqları əks etdirir və burada heç bir yalan məlumat yoxdur. Bu barədə cümə günü Qahirədən telefonla Trend -a Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov bildirib.

Əvvəllər Ermənistan kütləvi informasiya vasitələri Azərbaycanın Misirdəki səfirliyini Dağlıq Qarabağ münaqişəsi barədə yalan məlumatları özündə əks etdirən kitabın işıq üzü görməsinə yardım göstərməkdə ittiham edib. Raunun "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi oçerklər" kitabı ərəb dilinə tərcümə olunub və səfirliyin köməkliyi ilə Qahirədə nəşr olunub.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon  Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

"Ermənilərin alman publisisti Yohannes Raunun Dağlıq Qarabağ münaqişəsinə həsr olunan kitabı barədə iddiaları varsa, qoy yazıçının özünə müraciət etsinlər və bunda səfirliyi günahlandırmasınlar", - deyə Bağırov bildirib.

Bağırov bildirib ki, səfirlik bu kitabın real və ədalətli yazıldığını nəzərə alaraq, yazıçının icazəsi ilə  onu ərəb dilinə tərcümə və nəşr edib, daha sonra bir çox təhsil müəssislərinə göndərib.

Alman yazıçının bu kitabı ilk dəfə 2007-ci ildə Almaniyada yerli dildə nəşr olunub, daha sonra ingilis və ərəb dillərinə tərcüm olunub. Kitabda XX əsrin əvvəllərində Ermənistanın "Daşnaqsütun" Partiyasının Azərbaycanda yaşayan digər xalqlara qarşı təqib və terror faktlarına dair dəlillər verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti