...

Ermənistana Rusiya hərbi texnikası verilməyib – Rusiya XİN-in rəhbəri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2009 14:16 (UTC +04:00)

Rusiya, Moskva, 16 yanvar/ Trend , müxbir R.Ağayev/ Bu yaxınlarda bir sıra kütləvi informasiya vasitələrinin Ermənistana 800 mln. dollar həcmində Rusiya texnikası verilməsi barədə yaydığı məlumatlar həqiqətəuyğun deyil. Bu barədə cümə günü Moskvada keçirilən mətbuat konfransında Trend -un müxbirinin sualına cavab verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanı Azərbaycan torpaqlarını işğal edən Ermənistana 800 mln. dollar həcmində silah-sursat verməklə onun hərbi potensialını gücləndirməkdə ittiham edib.

Nazirliyin cümə axşamı yayılan bəyanatında bildirilir ki, bu, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması barədə Konvensiyasına ziddir. Söhbət Rusiyanın münaqişə tərəflərindən birinə qanunsuz dəstək üzrə öhdəlikləri pozmasından gedir.

"Sənəddə adıçəkilən şəxs onu imzalamayıb və silah tədarükü olmayıb. Biz azərbaycanlı həmkarlarımızdan bu sənədin surətini bizə göstərməyi xahiş etdik və bizim araşdırmalarımıza görə, belə bir sənəd mövcud deyil", - deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, o, Rusiyanın Azərbaycandakı səfiri ilə bu məsələ barədə danışıb və bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə telefonla bu barədə müzakirə aparmaq niyyətindədir.

O bildirib ki, Rusiya Azərbaycanla olduğu kimi, Ermənistanla da hərbi-texniki əməkdaşlıq proqramına malik olduğunu gizlətməyib. "Ermənistan KTMT-nin üzvüdür və təşkilat üzvləri üçün güzəştli şərtlər var və azərbaycanlı həmkarlarımız da bunu bilir", - deyə nazir bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır. Həmçinin Avropa İttifaqı bu münaqişənin həlli prosesini izləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti