...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2009 10:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 29-da saat 20.10-dan 20.20-dək Ermənistan Respublikası Berd rayonu Ayqepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini;

- saat 10.45-dən 10.50-dək və 16.30-dan 16.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 13.10-dan 13.30-dək və 14.00-dan 14.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən javab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti