...

Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2009 15:45 (UTC +04:00)

Ankarada, Esenboga beynəlxalq hava limanında jurnalistlərin qarşısında çıxış edərkən Türkiyənin xarici işlər naziri Əli Babacan bildirib ki, Münhendəki danışıqlar çərçivəsində o, erməni həmkarı Eduard Nalbandyanla görüşəcək, - World Bulletin agentliyi xəbər verir.

Ərəb ölkələrinin xarici işlər nazirləri tərəfindən Əbu-Dabidə verilən "ərəb olmayanlar ərəb dünyasında baş verən hadisələrə qarışmamalıdırlar" bəyanatına münasibəti haqda suala cavab verən Babacan, bu bəyanatın Türkiyəyə aid olmadığını bildirib.

"Türkiyənin apardığı siyasət ərəb regionunda bəyənilib. Biz həm adi insanların, həm də region dövlətləri rəhbərliklərinin istəklərinə cavab veririk", - Babacan vurğulayıb.

Xəbər lenti

Xəbər lenti