...

Azərbaycan xalqı Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı məsələsində həmrəylik nümayiş etdirib – parlament spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Aprel 2009 13:43 (UTC +04:00)
Azərbaycan xalqı Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı məsələsində həmrəylik nümayiş etdirib – parlament spikeri

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan Milli Məclisinin (Parlament) sədri hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına cavab vermir.

"Azərbaycan xalqı Azərbaycan və Türkiyə xalqlarının nə dərəcədə bir olduqlarını göstərməklə Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı məsələsində həmrəylik nümayiş etdirib. Bizim xalqlarımız həmişə bir olub və həmişə belə olacaq", - deyə Azərbaycan parlamentinin rəhbəri Oqtay Əsədov çərşənbə axşamı qanunverici orqanın iclası zamanı bildirib.

Türkiyə və Ermənistan hələ 1993-cü ildən pozulmuş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin korlanmasına səbəb Ermənistanın beynəlxalq arenada "erməni soyqrımı" tanınması ilə bağlı apardığı antitürk kampaniyası, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin onun tərəfindən işğal olunmasıdır.

Türkiyə Prezidenti Abdullah Gül Ermənistan Prezidenti Serj Sarkisyanın, ötən il sentyabrın 6-da dünya futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan-Türkiyə oyununu seyr etmək üçün Yerevana dəvətini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ditplomatik səylər davam etdirilir.

Türkiyə və Azərbaycan ictimaiyyətinin ciddi narazılıqlarından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ötən həftə jurnalistlərə bildirib ki, Ermənistan ilə sərhədlər Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər açılmayacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti