...

İki erməni hərbçisi minaya düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2009 15:38 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi minaya düşüb. Bu barədə məlumatı Armİnfo-nun müxbirinə Ermənistan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Seyran Şaxsuvaran verib.

İnsident aprelin 25-də Berkaber kəndi ərazisində baş verib. Müqavilə əsasında işləyən hərbçi, Vanadzor sakini təsadüfən mina sahəsinə gəlib və minaya düşüb. Onun köməyinə gələn digər hərbçi, İcevan sakini də minaya düşüb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti