...

ATƏT-in Minsk Qrupunun sədrlik formatının dəyişdirilməsi məsələsi gündəlikdə deyil - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2009 11:07 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun sədrlik formatının dəyişdirilməsi məsələsi gündəlikdə deyil - Azərbaycan XİN

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir C.Babayeva /

ATƏT-in Minsk Qrupunun sədrlik formatının dəyişdirilməsi məsələsi gündəlikdə deyil, bu barədə çərşənbə günü Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə müsahibəsində bildirib.

"Həmsədrlər konsesusa əsasən hərəkət etməlidirlər. Prinsiplər pozulduğu təqdirdə, Azərbaycan öz münasibətini bildirəcək", -deyə o bildirib.

Əzimovun sözlərinə əsasən, hazırda Azərbaycan Minsk Qrupunun indiki heyəti ilə işləri davam etdirməyə hazırıdır. 

Son zamanlar bir çox Azərbaycan KİV-lərində Türkiyənin ATƏT MQ-nin həmsədr ölkələri sırasına daxil olması ehtimalı məsələsi müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti