...

Türkiyə Azərbaycanın maraqlarına qarşı heç bir addım atmayacaq - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2009 13:40 (UTC +04:00)
Türkiyə Azərbaycanın maraqlarına qarşı heç bir addım atmayacaq - səfir

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir Ü.Sadıxova /  

"Ankara Azərbaycanın maraqlarına qarşı heç bir addım atmayacaq", - Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc hesab edir.

"Biz Ermənistanla münasibətlərlə bağlı problemi həll etməliyik, ancaq Türkiyə Azərbaycanın maraqlarına qarşı heç bir addım atmayacaq", - Kılıc jurnalistlərə, bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çıxış edərkən deyib.

Türkiyə Prezidenti Abdullah Gül Ermənistan Prezidenti Serj Sarkisyanın İrəvana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər İrəvan tərəfindən başlanılmış uydurma "söyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.

Səfirin sözlərinə görə, bəzi qüvvələr Türkiyə və Azərbaycan arasında münasibətləri korlamaq istəyirdilər, ancaq Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri buna son qoydu.

"Azərbaycanın qanuni torpaqları qaytarılmayınca, Ermənistanla sərhədlər açılmayacaq. Azərbaycan torpaqları 16 ildir işğal olunub və bu problemi mümkün qədər tezliklə aradan qaldırmaq lazımdır", - o bildirib.

"Türkiyə bütün dünyaya göstərdi ki, Azərbaycanın maraqlarından imtina etməyəcək. Eyni addımı Azərbaycan da atmalıdır", - səfir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti