Azərbaycan, Bakı, 03 iyul / Trend /
Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbül oğlu, Armen Smbatyan və Mədəniyyət və Kinomatoqrafiya üzrə Federal Agentliyin rəhbəri Mixail Şvıdkov tanınmamış Dağlıq Qarabağ Respublikasında səfərdədirlər. PanARMENIAN.Net-in məlumatına əsasən, Bülbül oğlu, Smbatyan və Şvıdkovun tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyan ilə görüşü bu gün səhərə planlaşdırılıb. Daha sonra onlar jurnalistlərlə görüşəcəklər.
2007-ci il iyunun 28-də iki ölkənin RF-dakı səfirləri Smbatyan və Bülbül oğlunun təşəbbüsü ilə Ermənistan və Azərbaycan ziyalılarının Xankəndi, Yerevan və Bakıya səfəri baş tutub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]