...

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində inkişaf var – Azərbaycanın XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2009 14:12 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində müəyyən inkişaf var. Bunu bu gün Bakıda mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində inkişaf var – Azərbaycanın XİN rəhbəri

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir V.Javoronkova /

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində müəyyən inkişaf var. Bunu bu gün Bakıda mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Sentyabrda həmsədrlər prezidentlərin Moskvada mümkün görüşünü hazırlamaq üçün regiona gələcəklər. Hiss edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müəyyən inkişaf var. Prezidentlərin Moskva görüşündən sonra müəyyən ümid yaranıb", - nazir deyib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarksyan iyulun 17-18-də Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinə dair danışıqlar aparıblar.

Bu, Əliyev-Sarksyan formatında artıq altıncı görüşdür. Azərbycan və Ermənistan prezidetnləri İlham Əliyev və Serj Sarksyan arasında əvvəlki görüşlər 4 iyunda sank-Peterburqda keçirilib. Qarabağ nizamlanmasına dair bu görüş iki ölkə rəhbərləri arasında beşinci görüş olub. Daha bir görüş mayın 7-də Praqada baş tutub. Birinci danışıqlar keçən ilin iyununda Sankt-Peterburqda keçirilib. İkincisi 2008-ci il noyabrın sonunda Moskvada, üçüncüsü isə bu ilin 28 yanvarında Sürixdə baş tutub.     

Məmmədyarovun sözlərinə görə, razılaşmanın bəzi prinsipləri elan olunub, onlar üzərində iş davam etdirilir.  "Ermənistanın hərbi qüvvələri işğal edilmiş əraziləri tərk etməlidirlər, biz artıq qoşunların çıxarılmasının hansı qrafik üzrə həyata keçiriləcəyini müzakirə etmişik və bundan sonra təfərrüatı ilə müzakirə edəcəyik", - deyə nazir bildirib.

 "Bundan sonra qaçqınların öz torpaqlarına qayıtması məsələsi qaldırılacaq", - deyə Məmmədyarov bildirib.

Onun sözlərinə görə, qarşıda duran və böyük vəsait tələb edən torpaqların və infrastrukturların bərpa olunması işi də Aİ ilə müzakirə olunacaq.

"Münaqişənin həlii prosesinin fəallaşdırılmasından danışarkən, ilk növbədə Rusiyanın bu prosesdə fəallığını qeyd edərdim" , - nazir deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti