...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas prinsiplər üzərindəki işlər payızda davam etdiriləcək - RF XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2009 17:23 (UTC +04:00)
RF XİN-in nümayəndəsi Andrey Nesterenkonun çərşənbə axşamı mətbuat konfransı çərçivəsində bildirdiyinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas prinsiplər üzərindəki işlər payızda davam etdiriləcək.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas prinsiplər üzərindəki işlər payızda davam etdiriləcək - RF XİN

RF XİN-in nümayəndəsi Andrey Nesterenkonun çərşənbə axşamı mətbuat konfransı çərçivəsində bildirdiyinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas prinsiplər üzərindəki işlər payızda davam etdiriləcək. Məlumatı "Vesti" telekanalı yayıb.

"Azərbaycan və Ermənistan prezidentləri arasında Moskvada keçirilən görüşdə əsas prinsiplər üzrə müəyyən irəliləyişlər əldə olunub, yeni mövzuların müzakirəsinə başlanılıb", - Nesterenko bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyulun 17-18-də Rusiyanın paytaxtında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar aparıblar.

Son il ərzində bu, Əliyev-Sarkisyan formatında keçirilən altıncı görüşdür. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında əvvəlki danışıqlar iyunun 4-də Sankt-Peterburqda keçirilmişdi. Bu görüş iki ölkə prezidenti arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yüksək səviyyədə keçirilən beşinci görüş idi. Bundan əvvəlki görüş mayın 7-də Praqada baş tutub. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterbuqda, ikincisi 2008-ci ilin noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə bu ilin yanvar ayının 28-də Sürixdə baş tutub.

Nesterenkonun sözlərinə görə, Minsk qrupunun həmsədrləri hazırlıq işlərini davam etdirir və payızda prezidentlərin növbəti görüşünü gözləmək olar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti