...

Avropa Şurasında ikili standartlar mövcuddur - azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2009 15:21 (UTC +04:00)
“AŞ-də ikili standartlar mövcuddur. Bu gün AŞ-də Rusiya nümayəndə heyətinin səlahiyyətlətinin dayandırılması məsələsi müzakirə olunur. Necə olur ki, Ermənistana qarşı belə sanksiyalar tətbiq edilmir? 15 ildir ki, Ermənistan AŞ-nin digər üzvü olan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, lakin onlara qarşı heç bir sanksiya tətbiq edilmir”, - deyə millət vəkili qeyd edib.
Avropa Şurasında ikili standartlar mövcuddur - azərbaycanlı deputat

Fransa, Strasburq, 29 sentyabr / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurasında ikili standartlar mövcuddur. Trend -un məlumatına görə, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli çərşənbə axşamı AŞ Nazirlər Komitəsinin sədri, Sloveniyanın xarici işlər naziri Samel Zboqara qurumun plenar iclasında sualla müraciət edərkən deyib.

"AŞ-də ikili standartlar mövcuddur. Bu gün AŞ-də Rusiya nümayəndə heyətinin səlahiyyətlətinin dayandırılması məsələsi müzakirə olunur. Necə olur ki, Ermənistana qarşı belə sanksiyalar tətbiq edilmir? 15 ildir ki, Ermənistan AŞ-nin digər üzvü olan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, lakin onlara qarşı heç bir sanksiya tətbiq edilmir", - deyə millət vəkili qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Hesab edirəm ki, AŞ-də ikili standartlar mövcud deyil. AŞ həm Azərbaycan, həm də Ermənistandakı vəziyyəti eyni formada nəzərdən keçirir. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, bu işlə ATƏT-in Minsk Qrupu məşğul olur və onların səylərini dəstəkləyirik. Ümid edirik ki, tezliklə münaqişənin həlli yolu tapılacaq. Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri ilə görüşdüm və onunla bu məsələyə dair fikir mübadiləsi apardıq. Fikrimcə, AŞ bu məsələdə elə də böyük rol oynaya bilməz. O, bu məsələnin həlli ilə məşğul olmur. Hamı etiraf edir ki. Dağlıq Qarabağ münaqişəsi ciddi bir məsələdir. Bir şey qeyd edə bilərəm ki, Dağlıq Qarabağdan qaçqın düşmüş məcburi köçkünlər tezliklə öz yurd-yuvalarına qayıtmalıdırlar", - deyə NK-nin sədri cavabında deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti