...

Qarabağ münaqişəsinin nizamlanması prosesi müstəqil prosesdir və hər hansı bir ilkin şərt olmadan irəliləməlidir – ATƏT-in Minsk Qrupunun bəyanatı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2009 14:02 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke bu gün rəsmi bəyanatla çıxış edib. Bəyanatda bir daha Dağlıq Qarabağ münaqişəsinin hansı şərtlər daxilində nizamlanmalı olduğu sadalanıb.
Qarabağ münaqişəsinin nizamlanması prosesi müstəqil prosesdir və hər hansı bir ilkin şərt olmadan irəliləməlidir – ATƏT-in Minsk Qrupunun bəyanatı

ATƏT-in Minsk Qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke bu gün rəsmi bəyanatla çıxış edib. Bəyanatda bir daha Dağlıq Qarabağ münaqişəsinin hansı şərtlər daxilində nizamlanmalı olduğu sadalanıb.

Mediamaks-a Ermənistan XİN-in mətbuat xidməti tərəfindən verilən bəyanatda deyilir: "Həmsədrlər yenidən hər bir ölkə hökuməti tərəfindən əvvəlcədən verilmiş bəyanatları bir daha təsdiq etmək istərdilər. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk prosesi müstəqildir, öz məntiqinə uyğun olaraq, heç bir ilkin şərt olmadan və məntiqi zaman çərçivəsində, məcburi tezləşdirmələr, yaxud təxirəsalmalar olmadan irəliləməlidir".

Hazırda ATƏT-in Minsk Qrupu həmsədrləri Yerevandadırlar. Ermənistan Prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan Yerevanda həmsədrlərlə görüşəcək.

Oktyabrın 2-3-də həmsədrlər Xankəndinə baş çəkəcək, sonra, oktyabrın 4-6-da Bakıya səfər edəcəklər. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün oktyabrın 8-də Kişnyovda keçirilməsi planlaşdırılıb.

"Onlar Dağlıq Qarabağ münaqişəsi üzrə əsas prinsiplərin həll olunmayan əsas məsələlərini müzakirə edəcəklər", - ATƏT-in Minsk Qrupunun bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti