...

Azərbaycanın müxalifət partiyası Türkiyə səfirliyi qarşısında piket keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2009 17:38 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasına etiraz olaraq Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Azərbaycanın müxalifət partiyası Türkiyə səfirliyi qarşısında piket keçirib

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın müxalifət partiyası Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasına etiraz olaraq Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

"Aksiya təxminən 10 dəqiqə davam edib və piketin qətnaməsi oxunub, sənədi səfirliyin nümayəndəsinə təqdim etmişik", - çərşənbə günü Trend -a Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri Tufan Kərimli bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Kərimlinin sözlərinə görə, aksiya zamanı "Bozqurdlar ölməz, vətən bölünməz!", "Rədd olsun Ermənistan", "Yaşasın türk birliyi" şüarları səsləndirilib. "Təxminən on dəqiqədən sonra polis piketin davam etdirilməsinə icazə vermədi", - partiya sədri əlavə edib.

AMDP sədri deyib ki, aksiyada Türkiyə hakimiyyətinin sərhədlərin açılması ilə bağlı mövqeyi pislənib. "Biz Türkiyənin Böyük Millət Məclisini protokolları təsdiq etməməyə də çağırmışıq", - Kərimli vurğulayıb.

Kərimli piketə əvvəlcədən razılıq almadıqlarından 11 nəfərin saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə aparıldığını bildirib. "Bir saata qədər bölmədə saxlanılan partiyanın üzvləri sərbəst buraxılıblar", - Kərimli vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti