...

Azərbaycan XİN-ə Euronews kanalından Dağlıq Qarabağ haqda süjet hazırlamaqla bağlı müraciət daxil olmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Dekabr 2009 13:05 (UTC +04:00)
Azərbaycan XİN-ə Euronews kanalından Dağlıq Qarabağ haqda süjet hazırlamaqla bağlı hələki heç bir müraciət daxil olmayıb, xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Elxan Poluxov cümə günü Trend News-a deyib.
Azərbaycan XİN-ə Euronews kanalından Dağlıq Qarabağ haqda süjet hazırlamaqla bağlı müraciət daxil olmayıb

Azərbaycan, Bakı, 11 dekabr / Trend , S.Ağayeva/

Azərbaycan XİN-ə Euronews kanalından Dağlıq Qarabağ haqda süjet hazırlamaqla bağlı hələki heç bir müraciət daxil olmayıb, xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Elxan Poluxov cümə günü Trend -a deyib.

Euronews kanalında Mikael Rayxmanın "Dağlıq Qarabağ - dəyişik külək" reportajı yayımlanıb. Reportajda Qarabağ müharibəsinin hadisələri tamamilə birtərəfli şəkildə izah edilir.

Həmin proqramda Dağlıq Qarabağ "müstəqil dövlət", qondarma qurumun rəhbəri Bako Saakyan isə bu "dövlətin prezidenti" kimi təqdim olunub. Bütün beynəlxalq sənədlərdə və nüfuzlu dünya təşkilatlarında Azərbaycanın ərazisi sayılan, Ermənistanla heç bir coğrafi əlaqəsi olmayan Dağlıq Qarabağ Ermənistanın "ürəyi" adlandırılıb.

Bir müddət əvvəl XİN Azərbaycanın Fransadakı və Belçikadakı səfirliklərinə Euronews kanalında bu cür birtərəfli süjetin meydana çıxmasının səbəblərini araşdırmağı tapşırıb.

Bir müddət əvvəl telekanalın rəhbəri Piter barabas telefonla Trend -a deyib ki, Euronews televiziya kanalı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində regionu tərk etmiş Azərbaycan qaçqınları haqqında veriliş çəkmək istəyir. Onun sözlərinə görə, telekanal rəsmən Azərbaycana müraciət edib və Azərbaycanın Brüsseldəki səfirliyinə məktub göndərib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağ regionunun və işğal edilmiş ərazilərin azad edilməsinə dair qəbul etdiyi qətnamə Ermənistan tərəfindən indiyədək yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti