...

Yerevanın Türkiyə-Ermənistan protokollarını qeyd-şərtsiz qəbul etməsi üçün işlər görülür - Türkiyənin XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Yanvar 2010 11:21 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Böyük Britaniyaya səfəri zamanı "KİNG" kollecində verdiyi açıqlamada Ermənistanın 2009-cu ilin oktyabr ayında Türkiyə ilə imzaladığı protokolların Yerevan tərəfindən qeyd-şərtsiz qəbul edilməsi üçün işlər görüldüyünu bildirib.
Yerevanın Türkiyə-Ermənistan protokollarını qeyd-şərtsiz qəbul etməsi üçün işlər görülür - Türkiyənin XİN rəhbəri

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Böyük Britaniyaya səfəri zamanı "KİNG" kollecində verdiyi açıqlamada Ermənistanın 2009-cu ilin oktyabr ayında Türkiyə ilə imzaladığı protokolların Yerevan tərəfindən qeyd-şərtsiz qəbul edilməsi üçün işlər görüldüyünu bildirib. Məlumatı Türkiyənin HABER TÜRK informasiya portalı yayıb.

Trend -un arayışı: 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Davudoğlu qeyd edib ki, Ankara, Bakıdan çıxan bir avtomobilin Qarabağdan keçərək Yerevan və Naxçıvan vasitəsilə Qarsa əminliklə çatdığı bir regionun olmasını istəyir.

Xəbər lenti

Xəbər lenti