...

ABŞ postsovet ölkələri ərazisində dondurulmuş münaqişələrin həlli üçün heç bir addım atmayacaq - ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Con Bolton

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2010 16:33 (UTC +04:00)
ABŞ postsovet ölkələri ərazisində dondurulmuş münaqişələrin həlli üçün heç bir addım atmayacaq. Bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş daimi nümayəndəsi Con R.Bolton Amerika Sahibkarlıq İnstitutundakı çıxışı zamanı bildirib.
ABŞ postsovet ölkələri ərazisində dondurulmuş münaqişələrin həlli üçün heç bir addım atmayacaq - ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Con Bolton

ABŞ, Vaşinqton, 23 fevral / Trend , müxbir N.Boqdanova/

ABŞ postsovet ölkələri ərazisində dondurulmuş münaqişələrin həlli üçün heç bir addım atmayacaq. Bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) keçmiş daimi nümayəndəsi Con R.Bolton Amerika Sahibkarlıq İnstitutundakı çıxışı zamanı bildirib.

"Əgər siz Barak Obamanın Rusiya ilə bağlı siyasətinə baxsanız, başa düşərsiniz ki, ABŞ dondurulmuş münasibətlərlə bağlı addım atmağa cəhd göstərməyəck və hələ də Rusiyanın böyük təsiri altında olan suveren ölkələrdə münaqişələrin həlli yollarını axtarmayacaq. Mən bilirəm ki, bu, qəribə səslənir, ancaq zənnimcə, məhz belə də olacaq", - Bolton deyib.

Keçmiş SSRİ ərazisində həll olunmamış bir neçə ərazi münaqişəsi var. Onlardan ən uzun davam edəni iki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişədir. Bu,1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən baş qaldırıb. Azərbaycan ərazilərinin 20 faizi, əsasən Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Digər ərazi mübahisəsi Gürcüstan və bu ölkənin daxilindəki Abxaziya və Cənubi Osetiya arasında olan münaqişədir.

Bolton Etmənistan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasıl ilə bağlı nikbinliyini ifadə edib.

"Bu, müsbət hadisədir. Lakin mən bunun mümkün nəticələrini şişirtməzdim. Bu qədər vaxt keçdikdən sonra Türkiyənin bu ölkə ilə əlaqə qurması müsbət məqamdır. Əlbəttə, bu, rəmzi xarakter daşıyır", - o bildirib.

Türkiyə və Ermənistanın XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması haqqında protokollar imzalayıb. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildən kəsilib.

1993-cü ildə Ermənistan və Türkiyə arasında sərhədlərin bağlanması və münasibətlərin pisləşməsinə səbəb Yerevanın dünyaya "erməni soyqırımını" tanıtma iddiası və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsidir.

Ekspert hesab edir ki, ABŞ və Rusiya arasında münasibətlərin bərpası, Gürcüstan və Azərbaycan da daxil olmaqla, digər postsovet ölkələrinə təsir göstərir.

Bolton qeyd edib ki, "Obama administrasiyasının addımları Rusiyanı sakitləşdirməyə yönəlib. Lakin indiyədək bu, öz bəhrəsini verməyib. Belə ki, iki ölkə arasında münasibətlər əvvəlki kimi mürəkkəb olaraq qalır".

Xəbər lenti

Xəbər lenti