...

Parlamentin Komitəsi ABŞ Konqresinə etiraz məktubu göndərməlidir – deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2010 13:04 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin ABŞ Konqresində müzakirəyə çıxarılmasına etiraz bildirilməsini təklif edir.
Parlamentin Komitəsi ABŞ Konqresinə etiraz məktubu göndərməlidir – deputat

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir A. Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı qondarma "erməni soyqırımı" ilə bağlı məsələnin ABŞ Konqresində müzakirəyə çıxarılmasına etiraz bildirilməsini təklif edir.

"Ermənistan ilə imzalanan protokolların parlamentdə qəbulunun Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan qəbulunun mümkün olmadığını bildirdiyinə görə Türkiyə yenidən təzyiqlərlə üzləşib. Biz də bu təzyiqlərin qarşısının alınması üçün Türkiyəyə dəstək verməliyik", - Trend -un məlumatına görə, çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Erməni soyqırımı iddiası - Birinci Dünya Müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirir.

Qurbanovun sözlərinə görə, "erməni soyqırımı" məsələsi ABŞ Konqresinin Komitəsinin martın 4-də keçirilən iclasında müzakirəyə çıxarılacağı gözlənilir. "Bu müzakirələrə etiraz etmək üçün Milli Məclis də müəyyən addımlar atmalıdır. Təklif edirəm ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqə komitəsi ABŞ Konqresinə soyqırımla bağlı müzakirələrin keçirilməməsi üçün müraciət etsin", - millət vəkili əlavə edib.

Onun fikrincə, soyqırımla bağlı müzakirələrin qarşısının alınması məqsədilə Milli Məclisin nümayəndə heyətinin ABŞ-a səfərini də təşkil etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti