...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2010 11:18 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 2-də saat 11.20-dən 11.25-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesgerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 3 mart / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 2-də saat 11.20-dən 11.25-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesgerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi;

- saat 10.30-dan 10.40-dək və 15.10-dan 15.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 20.20-dən 20.30-dək Ağdam rayonunun  Аьдам районунун Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 20.50-dən 21.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti