...

Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə labüddür - politoloq Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2010 12:59 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə labüddür.
Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə labüddür - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir M. Əliyev/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə labüddür. Bunu politoloq, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Trend Beynəlxalq Mətbuat Mərkəzində çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

"Müharibə variantı labüddür. Hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin son üç bəyanatı müharibənin təsdiqi və təbliğinə yönəlib. Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqeyindən daha çox, Minsk qrupu həmsədrlərinin hazırkı mövqeyi müharibəyə sürükləyir", - politoloq deyib.

Əhmədoğlu DQ münaqişəsi ətrafında böyük və kiçik müharibə ssenarisinin hazırlandığını da deyib.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində tam tərkibdə, heç bir siyasi oyun oynamadan vasitəçilik missiyasını tərk edəcəksə, kiçik müharibə (DQ hüdudlarında məhdudlaşan) olacaq.

"Əgər Minsk qrupu belə vasitəçilikdən əl çəkməyəcəksə, o vaxt böyük müharibə (DQ münaqişəsinin Şimali Qafqaz və İran ərazisinə adlaması) başlayacaq. Rusiya, ABŞ müharibənin İran ərazisinə, Avropadakı bəzi qüvvələr isə Şimali Qafqaz ərazisinə keçməsində maraqlıdır", - politoloq deyib.

Xəbər lenti

Xəbər lenti