...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2010 09:48 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 1-də saat 16.15-dən 16.25-dək Ermənistan Respublikasının İjevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Jəfərli kəndində yerləşən mövqelərimizi;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 1-də saat 16.15-dən 16.25-dək Ermənistan Respublikasının İjevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Jəfərli kəndində yerləşən mövqelərimizi;

- saat 12.10-dan 12.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən:

- saat 20.00-dan 20.30-dək və oktyabrın 2-də saat 04.05-dən 04.50-dək Tərtər rayonunun Qapanlı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti