...

Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti ilə bağlı məsələ sessiya müddətində müzakirə olunacaq - Mövlud Çavuşoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2010 14:51 (UTC +04:00)
Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti ilə bağlı məsələ sessiya müddətində müzakirə olunacaq.
Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti ilə bağlı məsələ sessiya müddətində müzakirə olunacaq - Mövlud Çavuşoğlu

Fransa, Strasburq, 4 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti ilə bağlı məsələ sessiya müddətində müzakirə olunacaq. Trend-in məlumatında görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu qurumun bazar ertəsi öz işinə başlayan plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyətinə münasibət bildirərkən deyib.

AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt komitəsi təxminən bir il əvvəl qurumun sədri Lord Rassel Constonun vəfatı ilə əlaqədar öz fəaliyyətini dayandırmışdı. İyunun 21-də başlanan yay sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri görüşərək, Alt komitənin yaradılması məsələsini bir daha müzakirə ediblər. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə Alt komitə fəaliyyətini bərpa edə bilməyib.

"Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti ilə bağlı mənim büromda Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşüm olacaq. Bu görüşün nəticələrinə dair AŞ PA Bürosunun cümə günü keçiriləcək iclasına məruzə təqdim edəcəyəm", - Çavuşoğlu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti