...

ATƏT-in Minsk qrupu Azərbaycanın işğal olunmuş torpaqlarındakı vəziyyətin qiymətləndirilməsini vacib hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2010 01:07 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (RF) və Bernar Fasye (Fransa) bazar ertəsi axşam Xankəndidə brifinq keçiriblər. Məlumatı Armenia Today agentliyi yayıb.
ATƏT-in Minsk qrupu Azərbaycanın işğal olunmuş torpaqlarındakı vəziyyətin qiymətləndirilməsini vacib hesab edir

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (RF) və Bernar Fasye (Fransa) bazar ertəsi axşam Xankəndidə brifinq keçiriblər. Məlumatı Armenia Today agentliyi yayıb.

ATƏT-in səhra qiymətləndirmə missiyası çərçivəsində onları müşayiət edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Cenevrə qərargahının ekspertləri brifinqdə iştirak etməyiblər.

Bernar Fasyenin sözlərinə görə, ATƏT-in səhra qiymətləndirmə missiyasını həyata keçirmək qərarı həmsədrlər tərəfindən verilib və bu missiyanın əsas məqsədi regionda olan vəziyyət ilə daha da yaxından tanış olmaqdır.

"Bizim qrupdan,  2005 ci ildə Dağlıq Qarabağ ətrafındakı əraziləri ziyarət etmək imkanına malik olan yeganə vasitəçi mən idim. Lakin o vaxtdan Amerikalı və Rusiyalı həmsədrlər dəyişib. Cənab Bradtkenin və Cənab Popovun bu ərazilərə ziyarət üçün imkanları və burdakı vəziyyətdən tam təsəvvürləri olmayıb. Məhz buna görə də, biz, ğördüyümüz birgə iş naminə, bu ərazilərə səfər etməyin və  vəziyyət ilə yaxından tanış olmağın vacib olduğunu hesab etdk", Fasye bildirib.

Onun sözlərinə görə, həmsədrlər vəziyyətin qiymətləndirilməsi üçün bir neçə ekspertlərin dəvət edilməsini məqsədəuyğun sayıblar.

"Onların ikisi  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrə qərargahını təmsil edir.
Xüsusən, ekspertlər səfər etdiyimiz rayonların kəndlərində bir çox insanlar ilə görüşüblər. Və bu görüşlər həmin əhalinin humanitar problemlərini qiymətləndirməyə bizə kömək edəcək", Fasye bildirib.

Onun sözlərinə görə, həmsədrlər, ekspertlərlə birgə, Dağlıq Qarabağ ətrafındakı 7 rayondan altısına səfər edib və çərşənbə axşamı Kəlbəcər rayonuna yollanacaqlar.

Amerikalı həmsədr Robert Bradtke müxbirlərin ATƏT-in qiymətləndirici missiyasının hansı rayonlara səfər edəcəyi sualına cavab verərkən qeyd edib ki, həmsədrlər münaqişə təsirinə məruz qalan bütün rayonlara ziyarəti vacib hesab edir.

"Biz vasitəçilərin işinə müvafiq olan əraziləri nəzərdə tuturuq. Biz bu rayonlarda vəziyyəti anlamalıyıq. Və cənab Fasye bildirdiyi kimi, bu bizim ilk missiyamızdır, lakin sonuncu deyil.
Biz münaqişənin təsir etdiyi digər bölgələridə ziyarət etmək niyyətindəyik", Bradtke bildirib.

Bernar Fasyenin sözlərinə görə, missiya hələ başa çatmayıb və həmsədrlərə daha bir rayona səfər gözləyir.

"Bu səfərdən sonra bizim bir çox işimiz olacaq: bütün topladığımız bu məlumatı bir araya gətirmək, təhlil etmək və nəticələr çıxarmaq. Nəticələr hazır olan kimi, ilk növbədə, biz onları tərəflərə təqdim edəcəyik. Beləliklə, bizi hələ çox iş gözləyir", Fasye deyib.

Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirici missiyası hazırda Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyəti öyrənir. Minsk qrupunun həmsədrləri son səfərləri zamanı bu ərazilərə gəliblər və vəziyyətlə tanış olublar. Vasitəçilərin işğal edilmiş ərazilərdəki vəziyyətlə bağlı hesabat hazırlayacaqları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti