...

Aİ Dağlıq Qarabağ nizamlanmasında siyasi iştirakı öz üzərinə götürməlidir - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2010 13:32 (UTC +04:00)
Aİ ATƏT-in Minsk qrupu ilə bərabər Dağlıq Qarabağ nizamlanmasında siyasi iştirakı öz üzərinə götürməlidir. Azərbaycanlı politoloq Rasim Musabəyov belə hesab edir.
Aİ Dağlıq Qarabağ nizamlanmasında siyasi iştirakı öz üzərinə götürməlidir - ekspert

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Aİ ATƏT-in Minsk qrupu ilə bərabər Dağlıq Qarabağ nizamlanmasında siyasi iştirakı öz üzərinə götürməlidir. Azərbaycanlı politoloq Rasim Musabəyov belə hesab edir.

"Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi üçün münaqişə məsələsinin Moskva və Brüsseldəki danışıqların gündəliyində yer tapması vacibdir", - Musabəyov cümə axşamı Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycan və Şərq tərəfdaşlığı: Regional çağırışlar və yeni imkanlar" adlı Cənubi Qafqaz təhlükəsizlik forumunda bildirib.

Musabəyovun sözlərinə görə, münaqişənin həllində Aİ tamaşaçı rolunu oynayır və "bu, qeyri-sabitliyin ən böyük amilidir". "Danışıqlar irəliləmir, baxmayaraq ki, Azərbaycan Ermənistandan fərqli olaraq irəliləyişə hazır idi. Bütün bunlar hamısı xüsusilə də, Yerevanın işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirdiyi vaxt, müharibə riskini artırır", - o, bildirib.

Ekspertin sözlərinə görə, Ermənistanda da, Azərbaycanda da müharibəyə ciddi hazırlıq gedir. "ATƏT, Aİ sonralar Yerevan tərəfindən rədd edilən sülh təşəbbüsləri ilə çıxış edirlər. Qafqazdakı problemlər daha geniş geosiyasi kontekstdə həll olunmalıdır", - politoloq qeyd edib.

Onun sözlərinə görə, bu gün Avropaya inteqrasiya layihəsi bütün Qafqaz ölkələrini maraqlandırır və bu məsələ dialoq üçün əsas olmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti