...

RF Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz səylərini davam etdirəcək – Sergey Lavrov (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Yanvar 2011 15:05 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dəstəyinə arxalanaraq Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əvvəlki illərdəkindən daha çox irəliləyişə nail olmağa çalışır. Bu barədə RF XİN rəhbəri Sergey Lavrov Moskvada mətbuat konfransında bildirib, xəbəri "Rusiya-24" telekanalı yayıb.
RF Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz səylərini davam etdirəcək – Sergey Lavrov (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (birinci xəbər 14:13-də yayılıb)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir A.Qasımova/

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dəstəyinə arxalanaraq Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əvvəlki illərdəkindən daha çox irəliləyişə nail olmağa çalışır. Bu barədə RF XİN rəhbəri Sergey Lavrov Moskvada mətbuat konfransında bildirib, xəbəri "Rusiya-24" telekanalı yayıb.

"Üçlükdə" iştirakla yanaşı Rusiya Prezident Medvedevin simasında problemi üç ölkənin prezidentləri formatında həll etmək üçün Yerevan və Bakı ilə əlaqələrindən istifadə edir", - nazir bildirib.

Onun sözlərinə görə, Medvedev Bakı və Yerevandan olan həmkarları ilə 10-dan artıq görüş keçirib, eləcə də görüşlər arasında bu ölkələrin XİN rəhbərlərinin görüşləri keçirilib, "növbəti görüş mümkün qədər tez zamanda" keçiriləcək.

"Biz iki-üç problem üzrə nəticəni müəyyən etmək istəyirik, artıq razılaşdırılmış məsələlərlə müqayisədə azsaylı olsalar da, onlar nisbətən daha mürəkkəbdirlər", - Lavrov qeyd edib.

Nazirin sözlərinə görə, bu mərhələdə ən başlıcası prosesə mane olmamaqdır. Axı BMT və ATƏT kimi təşkilatların tribunaları cəlb olunmağa başlayan kimi həmin məsələ işgüzar müzakirədən polemika sahəsinə keçir ki, bu da mövqelərin yaxınlaşmasına gətirib çıxarmır, yalnız tərəflər arasında yanaşmaların gərginləşməsinə və ziddiyyətlərin artmasına səbəb olur. "İndiyədək əsasən Prezidentimizin səyləri ilə belə sindromların aradan qaldırılmasına nail olunub. O, Azərbaycan və Ermənistan prezidentləri üçün həll tapılmasına kömək edən atmosfer yaradıb və biz öz səylərimizi davam etdirəcəyik", - Lavrov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti