...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2011 14:58 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 18-də Azərbaycanın Füzuli-Horadiz yolu yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Uilyam Praroy və Jaslan Nurtazin keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti