...

Vaşinqtonda Xocalı faciəsinin ildönümünə həsr edilmiş konfrans keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2011 11:27 (UTC +04:00)
Fevralın 25-də Vaşinqtondakı Corc Vaşinqton Universitetində Xocalı faciəsinin ildönümünə həsr edilmiş konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan-Amerika Şurasının (AAŞ) məlumatında deyilir.
Vaşinqtonda Xocalı faciəsinin ildönümünə həsr edilmiş konfrans keçiriləcək

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Fevralın 25-də Vaşinqtondakı Corc Vaşinqton Universitetində Xocalı faciəsinin ildönümünə həsr edilmiş konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan-Amerika Şurasının (AAŞ) məlumatında deyilir.

Tədbir Amerika Azərbaycanlıları Cəmiyyəti (ASA), AAŞ, Türk-Amerika Assoasiyaları Assambleyası (TAAA), Kolumbiya dairəsi,Vaşinqton Amerika - Türkiyə Assoasiyaları (KD- ATA) və Türkiyə Əməkdaşlıq Assoasiyası tərəfindən təşkil olunub.

Konfransda giriş sözü ilə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edəcək.

Həmçinin konfransda Montana Universitetinin professoru, AAŞ direktoru Tomas Qoldz, Azərbaycanın BMT yanındakı daimi nümayəndəsinin müavini, müşavir Tofiq Musayev, ASA direktorunun müavini, doktor Cavid Hüseynov, TAAA prezidenti Ergün Kirlikovalı da çıxış edəcəklər.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti