...

Dağlıq Qarabağ münaqişəsinin həllində "tez" və "yaxın vaxtlarda" sözləri uyğun gəlmir - ATƏT sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2011 17:57 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində "tez" və "yaxın vaxtlarda" sözləri uyğun gəlmir. Bu barədə çərşənbə günü ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Vilnüsdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdən sonra bəyan edib.
Dağlıq Qarabağ münaqişəsinin həllində "tez" və "yaxın vaxtlarda" sözləri uyğun gəlmir - ATƏT sədri

Dağlıq Qarabağ münaqişəsinin həllində "tez" və "yaxın vaxtlarda" sözləri uyğun gəlmir. Bu barədə çərşənbə günü ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Vilnüsdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdən sonra bəyan edib.

"Bu halda metodik, inadlı və daimi səylər lazımdır", - o qeyd edib.

Nazirin sözlərinə görə, o, bu gün Minsk qrupunun həmsədrləri ilə tərəflər arasında danışıqların gedişini müzakirə edib. Ajubalis münaqişə tərəfləri arasında danışıqlar prosesini ehtiyatla, lakin nikbin yanaşaraq qiymətləndirir.

"Demək olmaz ki, danışıqlar getmir, - nazir əlavə edib. - Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin görüşünün nəticələri [Soçidə] gələcəkdə bu münaqişənin həllində müsbət həllərin qəbulu üçün yaxşı dayaq nöqtəsi ola bilər".

Görüşdə münaqişə tərəfləri arasında hərbi və atəşkəs rejiminə əməl olunması sahəsində qarşılıqlı inamın gücləndirilməsi məsələsi də müzakirə edilib. "Atəşkəs haqqında razılıq var, lakin hər iki tərəfdən kədərli snayper atışı nümunələri də var", - Ajubalis qeyd edib.

Bundan başqa, Vilnüs görüşünün iştirakçıları Minsk qrupunun fəaliyyətinin əlaqələndirilməsi mexanizmini də müzakirə ediblər.

ATƏT sədri kimi Ajubalis ATƏT-in Minsk qrupunun həmsədrləri - Bernar Fasye, Robert Bradke və İqor Popovla, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anji Kaspşiklə də görüş keçirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti