...

Tezliklə Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2011 14:43 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündə tərəflərin danışıqları davam etdirəcəkləri konstruktiv məqamlar səsləndirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov mətbuat konfransında deyib.
Tezliklə Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub (birinci xəbər saat 14:23-də yayılıb)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündə tərəflərin danışıqları davam etdirəcəkləri konstruktiv məqamlar səsləndirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov mətbuat konfransında deyib.

"Prezidentlərin tövsiyəsi ilə tezliklə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. ATƏT MQ həmsədrləri martın 15-də Bakıya gələcəklər, sonra isə Yerevana yola düşəcəklər", - o, deyib.

Nazirin sözlərinə görə, sülh prosesi üzrə işlər davam edir və bəzi məsələlər qapalı rejimdə də olsa, daha konkret şəkildə müzakirə olunur.

"Azərbaycan tərəfi bu müzakirələri davam etdirməyə hazırdır", - Məmmədyarov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti