...

ATƏT sədri ilə görüşdə siyasi partiyaların Dağlıq Qarabağla bağlı mövqeyi üst-üstə düşüb - Azərbaycanın hakim partiyası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2011 11:12 (UTC +04:00)
ATƏT sədri ilə görüşdə iştirak edən Azərbaycan siyasi partiyalarının hər birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi üst-üstə düşüb.
ATƏT sədri ilə görüşdə siyasi partiyaların Dağlıq Qarabağla bağlı mövqeyi üst-üstə düşüb - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

ATƏT sədri ilə görüşdə iştirak edən Azərbaycan siyasi partiyalarının hər birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi üst-üstə düşüb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycan siyasi partiyalarının nümayəndələri ilə görüşünün yekunlarına aid fikir bildirərkən deyib.

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün partiyaların mövqelərinin üst-üstə düşməsi Azərbaycan siyasi partiyalarının vətənpərvərlik mövqeyində dayanmasının bariz nümunəsidir", - Əhmədov əlavə edib.

Onun sözlərinə görə, ölkədə baş verən siyasi proseslərdə hakim partiya ilə müxalifət partiyalarının baxışları kəskin fərqlənir. Əhmədov hesab edir ki, bunu təbii qəbul etmək lazımdır.

YAP funksioneri onu da bildirib ki, hakim partiya hər zaman siyasi partiyalarla dialoqun tərəfdarıdır.

"Bizim mövqeyimizdə bu gün də heç bir dəyişiklik yoxdur", - o, bildirib.

ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin bazar günündən Azərbaycana rəsmi səfəri başlayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti